Kurs haqqında

Məktəbəqədər və məktəbəhazırlıq

Məktəbəqədər hazırlıq bölməsi fəaliyyət sahələrimizin prioritet istiqamətlərindən biridir. Bu proqram, əsasən, 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulub. Azərbaycan və rus bölmələri üçün təşkil olunan dərslərimiz müasir və beynəlxalq tədris metodlarından, həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına uyğun hazırlanmış təlim metodlarından istifadə olunaraq təşkil olunur. Bu proqramın əsasında uşaqların intellektual, fiziki, psixoloji və sosial-emosional inkişafı, potensial imkanlarının üzə çıxarılması, həmçinin məktəbə hazırlanması, sadə əmək vərdişlərinə yiyələnməsi, istedad və bacarıqlarının formalaşması durur.

Kursun üstünlükləri

  • Təhsil Nazirliyinin məktəbəqədər təhsil proqramına uyğun hazırlanmış təlim metodlarından istifadə olunaraq təşkil olunur.