Kurs haqqında

V-VIII siniflər üçün təkmilləşdirmə

5, 6, 7, 8-ci siniflər üçün fənlər üzrə təkmilləşdirmə dərslərimiz məktəb dərslikləri və Dövlət İmtahan Mərkəzinin vəsaitləri əsasında peşəkar müəllimlərimiz tərəfindən təşkil edilir. Şagirdlər kursumuza səviyyə müəyyən etmə imtahanları əsasında qəbul olunur və nəticəyə görə də qruplaşdırılır. Bundan başqa dərslərdən geri qalanlar üçün əlavə məşğələlər də təşkil olunur. Həmçinin təlim-tərbiyə prosesi davamlı formada izlənilir, şagirdlərin bilik səviyyələri həftəlik və aylıq imtahanlar əsasında qiymətləndirilir, mütəmadi olaraq valideynlərə övladları barədə məlumat verilir. Şagirdlər üçün seminar-görüşlər təşkil olunur. Bu görüşlərin məqsədi onların öz hədəf və qayələrini düzgün müəyyən etmələrinə kömək etmək, müasir dövrün tələblərinə uyğun seçim etmələrinə, həmçinin bu yolda atılacaq addımlar barədə məlumatlar vermək, vaxtlarını düzgün bölmələrinə yardımçı olmaq və s. dəstəkləyici tədbirlər görməkdir.

Kursun üstünlükləri

  • Şagirdlər kursumuza səviyyə müəyyən etmə imtahanları əsasında qəbul olunur və nəticəyə görə də qruplaşdırılır.