🔊Abituriyentlərimizin 2026/2027-ci tədris ili üzrə uğurları
11 Sen 2026
Məlum olduğu kimi, artıq 2026/2027-ci tədris ili üzrə ali, orta ixtisas və peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi yekunlaşmaq üzrədir. Bizim də hazırlıq mərkəzi olaraq cari tədris ili üçün qeyd olunan təhsil səviyyələri üzrə qəbullarımız var. Belə ki, cari ildə məzunlarımızdan 9 nəfər müxtəlif təhsil müəssisələrinə qəbul olunmuşdur.
Tələbə adını qazanmış abituriyentlərimizin siyahısını təqdim edirik:
Baxşəli Mələk
Azərbaycan Tibb Universiteti — Tibb,
Ələkbərov Atabəy
Qarabağ Universiteti — Xarici dil müəllimliyi (tədris ingilis dilində),
İsmayılov Tural
Bakı Mühəndislik Universiteti — Beynəlxalq ticarət və logistika,
Məmmədov Süleyman
Sumqayıt Dövlət Universiteti — Beynəlxalq ticarət və logistika,
İsbəndiyarlı Həbillah
Azərbaycan Kooperasiya Universiteti — Ekologiya mühəndisliyi,
Yusifova Lamiyə
Bakı Biznes Universiteti — Marketinq,
Məcidli Ümid
Naxçıvan Hərbi Kolleci,
Əlizadə Ömür
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Qida Sənayesi Kolleci — Konservləşdirilmə və qida konsentratları texnologiyası,
Şəmiyev Elmir
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci — Mobil şəbəkə sistemləri və operatorluğu,
Vəliyeva Çağla
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi — İnteryer dizayneri.
Mərkəzimizin adından bütün məzunlarımızı və onların valideynlərini ürəkdən təbrik edir, gələcək təhsil və karyera yollarında yeni-yeni uğurlar arzulayırıq!