2023-2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib.
2 Okt 2023
Elm və Təhsil Nazirliyinin məlumatına əsasən oktyabrın 2-dən 2023-2024-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris prosesinə start verilib. Məktəbəhazırlıq qruplarında həftə ərzində 12 məşğələ təşkil olunur. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyən edilir.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarına 5 yaşı 2023-cü ildə tamam olan uşaqlar qəbul edilirlər.