Bu gün 15:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi aktivləşəcək.
23 Okt 2023
Bu gün saat 15:00-dan etibarən 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start verilir.
Eyni zamanda müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23-31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, həm 2-11-ci siniflərin yerdəyişməsi, həm də 10-cu siniflərə şagirdlərin qəbulu www.sy.edu.az vasitəsilə həyata keçiriləcək.